Vaksinasiyanın mərhələsi | Əhali qrupları |
1-ci mərhələ |
|
2-ci mərhələ |
|
V | AKSİNLƏRİN TEXNOLOJİ PLATFORMALARI |
Platforma | Üstünlükləri və çatışmazlıqları |
Seçilmiş zülal əsasında | Texniki cəhətdən təhlükəsizliyi ilə fərqlənir, tərkibində yalnız virusun seçilmiş zülalı olur. İmmunitetin tam formalaşması üçün bir neçə dəfə daxil edilir |
Virusa bənzər hissəciklər | Bu platformada hazırlanan vaksin virusa məxsus bir neçə zülal əsasında hazırlanır, tam təhlükəsizdir, lakin texniki cəhətdən mürəkkəbliyi ilə fərqlənir və kütləvi vaksinasiya üçün |
əsasında hazırlanır | hazırlanması nəzərdə tutulmur |
DNA və RNA vaksinləri | Bu vaksinlərin hazırlanmasının elmi və kliniki əsasları tam öyrənilməmişdir |
Vektor əsasında (replikasiya olunan və replikasiya olunmayan) | Bu tip vaksinin texnologiyası insan orqanizminə neytral tanınan virusu vektor kimi istifadə etməklə onun strukturuna SARS-CoV-2 virusunun kiçik zülal zənciri daxil edilir. İmmun cavabın alınması və effektivliyi yalnız klinik sınaqlar nəticəsində müəyyən oluna bilər |
Zəifləşmiş canlı virus və inaktiv virus əsasında | Klassik texnoloji platforma əsasında hazırlanır və məlum effektivliyi ilə fərqlənir. İnaktivləşdirilmiş virusu olan vaksin uzunmüddətli immunitetin formalaşması üçün bir neçə dəfə daxil edilməlidir. Zəifləşmiş canlı virus birdəfəlik istifadəsi nəzərdə tutulur, lakin insan orqanizmində müəyyən xəstəlik yarada bilər |
Sıra №-si | Tədbirin adı | İcraçı orqanlar | İcra müddəti (illər üzrə) |
1 | 2 | 3 | 4 |
15.1. COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya hazırlıq mərhələsi | |||
15.1.1. | COVID-19 xəstəliyi əleyhinə vaksinasiya çərçivəsində koordinasiya mexanizmlərinin yaradılması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021 |
15.1.2. | COVID-19 xəstəliyi əleyhinə vaksinasiyanın aparılmasına dair zəruri metodiki tövsiyələrin və klinik protokolların hazırlanması | Səhiyyə Nazirliyi İTSDA | 2021 |
15.1.3. | Vaksinasiya dair hesabat formalarının (statistik, epidemioloji və s.) hazırlanması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021 |
15.1.4. | Mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazasının yaradılması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, ƏƏSMN, VXSİDA | 2021 |
15.1.5. | COVID-19 xəstəliyi əleyhinə vaksinin müəyyən edilməsi və alınması üçün maliyyələşdirmənin təmin edilməsi | Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, İTSDA | 2021-2022 |
15.1.6. | Respublika səviyyəsində immunobioloji preparatların (vaksinlərin) saxlanılması üçün müəyyən edilmiş anbarlarda “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədilə texniki infrastrukturun təkmilləşdirilməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
15.1.7. | Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi üçün müvafiq laborator bazanın təkmilləşdirilməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
15.1.8. | İstifadə olunmuş vaksinasiya materiallarının, şprislərin və vaksinasiya zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi üçün mexanizmin hazırlanması | Səhiyyə Nazirliyi, ETSN, İTSDA, TƏBİB | 2021-2022 |
15.1.9. | Yerlərdə tibb işçiləri üçün epidemioloji və laborator nəzarətə aid təlimatların hazırlanması və onlara əsasən təlimlərin keçirilməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
1 | 2 | 3 | 4 |
15.1.10. | Vaksinasiya prosesinin mütəmadi monitorinqi və qiymətləndirilməsi üçün zəruri indikatorlar daxil olmaqla, monitorinq və qiymətləndirmə planının işlənib hazırlanması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
15.1.11. | Mühüm və yüksək risk qruplarının COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl (vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması üçün tələb olunan tibbi ləvazimatlarla təmin edilməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Maliyyə Nazirliyi | 2021-2022 |
15.1.12. | Vaksinasiya prosesinin monitorinq nəticəsində aşkarlanan çatışmazlıqların dərhal aradan qaldırılması üçün mexanizmlərin hazırlanması və tətbiqi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
15.1.13. | ÜST-ün və bu sahədə fəaliyyət göstərən müvafiq beynəlxalq qurumların sübuta əsaslanan təcrübə və tövsiyələrinə əsasən, yoluxucu xəstəliklərin profilaktikası və COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyaya dair yeni metodikaların müəyyən edilməsi, onların tətbiqinin, səmərəliliyinin və effektivliyinin sınaqdan keçirilməsi, müvafiq elmi araşdırmalar və tədqiqatların aparılması, dəstəklənməsi və nəticələrinin təhlili | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, AMEA | 2021-2022 |
15.2. Ambulator-poliklinik müəssisələri səviyyəsində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya tədbirlərinin icrası | |||
15.2.1. | COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələrinin dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB Ədliyyə Nazirliyi | 2021 |
15.2.2. | Mühüm və yüksək risk qruplarının COVID-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl (vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi | 2021-2022 |
15.2.3. | COVID-19 xəstəliyi əleyhinə vaksinasiya kampaniyasının icrası | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Ədliyyə Nazirliyi | 2021-2022 |
15.2.4. | Vaksinasiya prosesində yarana bilən mümkün təcili və təxirəsalınmaz vəziyyətlərin həllinə yönləndirilmiş tədbirlərin görülməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Ədliyyə Nazirliyi | Vaksinasiya dövründə |
1 | 2 | 3 | 4 |
15.3.Postvaksinal mərhələdə əhalinin immun vəziyyətinin monitorinqi və qiymətləndirmə | |||
15.3.1. | Postvaksinal ağırlaşmaların qeydiyyatı və tədbirlərin görülməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Ədliyyə Nazirliyi | Postvaksinal dövr |
15.3.2. | Vaksinasiyadan sonra COVID-19 infeksiyasına yoluxma hallarının araşdırılması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Ədliyyə Nazirliyi | Postvaksinal dövr |
15.3.3 | Postvaksinal ağırlaşmaların təsnifatlaşdırılması (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar üzrə) | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Ədliyyə Nazirliyi | Postvaksinal dövr |
15.3.4 | Aparılmış vaksinasiya nəticəsində epidemioloji vəziyyətin qiymətləndirilməsi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Ədliyyə Nazirliyi | Postvaksinal dövr |
15.4. Vaksinasiya ilə bağlı monitorinq və qiymətləndirmənin aparılması | |||
15.4.1. | Vaksinasiya prosesinin mütəmadi monitorinqi | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
15.4.2. | Postvaksinal dövrdə monitorinq və qiymətləndirmənin aparılması ilə bağlı qeydə alınmış göstəricilərin təhlili (xəstələnmə səviyyəsi, yaranmış fəsadlar, (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar və s.) | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB | 2021-2022 |
15.5. COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı maarifləndirmə işi | |||
15.5.1. | Kütləvi informasiya vasitələri və aidiyyəti qurumlar vasitəsilə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi və əhalinin məlumatlandırılması | Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Milli Televiziya və Radio Şurası, Milli Mətbuat Şurası | 2021-2022 |
Abreviaturalar: | ||
CEPI | Epidemiyaya hazırlıq sahəsində İnnovasiya Koalisiyası | |
COVID-19 | Koronavirus xəstəliyi 2019 | |
ETSN | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | |
İTSDA | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | |
KİV | Kütləvi İnformasiya Vasitələri | |
MERS | Yaxın Şərq Respirator Sindromu | |
SARS | Şiddətli Kəskin Respirator Sindrom | |
SARS-CoV-2 | Şiddətli Kəskin Respirator Sindrom Koronavirus 2 | |
TƏBİB | Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi | |
TSXX | Tənəffüs Sistemi Xroniki Xəstəlikləri | |
ÜDM | Ümumi Daxili Məhsul | |
ÜST | Ümumdünya Səhiyyə Təşkilatı |
Azərbaycan Respublikası, Bakı şəhəri
(+99470) 600 50 01
(+99450) 229 29 20
(+994 70) 734 50 00