Rövşanə Əliyevadan jurnalistə təxribat
3-07-2013, 10:00
Oxunub: 5 112
"Müsavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızı təxribatla üzləşib.
Xanım əməkdaşımız bu barədə Facebook səhifəsində yazıb. Onun yazdığına görə, hadisə Elşad Abdullayevin videoları ilə bağlı həbs edilən iş adamı Arzu Kazımovun məhkəməsindən sonra baş verib. Reportaj hazırlamaq üçün məhkəmədə iştirak edən Sevinc Telmanqızı prosesdən sonra redaksiyaya qayıdarkən qarşısı kəsilib. Onun qarşısını kəsənlər Elşad Abdullayevin qalmaqallı videolarında adı tez-tez hallanan Rövşanə Əliyeva, başqa iki qadın və bir kişi olub: “Məni gözləyən Rövşanə Əliyeva məni təxribata çəkməyi başardı. Söz atdı, fikir vermədim. Amma təhqirə dayanammadım düzü. Cavab verəndə isə yanındakılar götürüb bunu videoya çəkdilər”.
Bundan bir neçə saat sonra isə təxribat cəhdində iştirak edən qadınlardan biri Sevinc Telmanqızına zəng vurub və ağlaya-ağlaya üzr istəyib.
Sevinc Telmanqızı hadisə ilə bağlı açıqlama vermək istəmədi. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə bildirdi ki, bu, vəzifə başında olan jurnalistə qarşı təxribatdır, onun peşə fəaliyyətini pozmağa yönəlmiş əməldir. Buna görə də redaksiya bu barədə müvafiq orqanlara şikayət edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər