BolgeXeber.Com » Gündəm » Xırdalanda güclü partlayış, iki nəfər dağıntılar altından çıxarılıb - VİDEO

Xırdalanda güclü partlayış, iki nəfər dağıntılar altından çıxarılıb - VİDEO

25-01-2021, 20:38
Oxunub: 3 170 Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.
Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.
Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam edir.
Hadisənin səbəbləri dəqiqləşdirilir.