BolgeXeber.Com » Gündəm » Prezidentin işdən çıxardığı Oqtay Şahbazov kimdir? - 30 illik karyera, nazir atası...
Prezidentin işdən çıxardığı Oqtay Şahbazov kimdir? - 30 illik karyera, nazir atası...
26-01-2021, 17:44
Oxunub: 1 080
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Oqtay Qəşəm oğlu Şahbazovu Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edib. Onun yerinə isə sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Namiq oğlu Quluzadə təyin edilib.
Qaynarinfo xəbər verir ki, Oqtay Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlayıb.
1959-1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxuyub, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnib. Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam edib, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləyib.
1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində çalışıb, 1990-ci ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunub. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.
1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb.
İki övladı olan Oqtay Şahbazov Enerigetka naziri Pərviz Şahbazovun atasıdır.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər