BolgeXeber.Com » Gündəm » Avtomobili əlindən alınan Qazi, intihar edcəyini bəyan edən sürücü – “AZƏRMAŞ” ASC- özbaşınalıq(VİDEO)

Avtomobili əlindən alınan Qazi, intihar edcəyini bəyan edən sürücü – “AZƏRMAŞ” ASC- özbaşınalıq(VİDEO)

1-02-2021, 09:43
Oxunub: 5 456 “AZƏRMAŞ” ASC-də özbaşınalıq və bürokratiya höküm sürür.

KAİM-a bu barədə  kreditlə avtomobil alıb taxsi fəaliyyəti ilə məşğul olan sürücülər məlumat verib.

Şikayətçilər Abbasov Nicat İlham oğlu, Əliyev Anar Həsənağa oğlu, Hüseynov Niyaməddin Ağa  oğlu “AZƏRMAŞ” ASC-nin özbaşınalığına məruz qaldıqlarını iddia edirlər.

Ailəsini taksi fəaliyyəti ilə saxlayan həm də kredit ödəyən Hüseynov Niyaməddin Ağa  oğlu “AZƏRMAŞ” ASC-nin işçilərinin əlindən intihar vəziyyətinə çatdığını deyib.

Sürücü N. Hüseynov bildirib:

Hamı kimi məndə qanunlara müvafiq ödənişləri etdikdən sonra “DAEVO” markalı avtomobil əldə etmişəm. İllərdir ki, krediti ödəyirirəm. Son bir ildə ölkədə yaranan pandamiya səbəbindən ödənişlərdə kecikmələrim olub. Amma, yenədə “AZƏRMAŞ” ASC-nin pulunu ödəmişəm. Amma buna baxmayaraq,  “AZƏRMAŞ” ASC-nin işçiləri maşınımı ya Yol polisinə tutdurur, yada əlimdən alınması üçün özləri sənəd tərtib edib qərar çıxarırlar. Bilmirəm nə edim. Belə getsə ailəmi də götürüb Prezident Aparatına gedib ölkə başçısından və güc  nazirliklərdən kömək istəyəcəm. Əgər onlarda mənə köməklik etməsələr ailəmlə bərabər özümü  maşının içində penzinləyib yandıracam. Axı belə haqsızlıq olmaz “AZƏRMAŞ” ASC  400 AZN borca görə, mənə 850 manat faiz yazılıb. Əlavə olaraq da dedikləri həmin faiz borcun üstünə hər gün 4 manat qoyurlar. İnanın ki, nə edəcəyimi bilmirəm. Prezidentə, DTX-nın rəisinə, Daxili işlər nazirinə yalvarıram ki, bizlrə köməklik etsinlər, mənə və mənim kimi yüzlərlə insanın başına açılan bu müsübəti durdursunlar. Axı bizdə bu ölkənin vətəndaşlarıyıq, bizim də hamı kimi ali hüquqlqrımız var…”

Bundan başqa, “AZƏRMAŞ” ASC iki aylıq kredit gecikməsinə görə cəbhədə döyüşən əsgərin avtomobilini əlindən alıb. İkinci Qarabağ döyüşçüsü, hərbiçi Məmmədov Anar Qurban oğlu da belə bir iddia edib.
"AZƏRMAŞ" ASC cəbhədəki əsgərin maşınını əlindən aldı - VİDEO


1989-ci il təvəllüdlü döyüşçü bildirib ki, kredit götürdüyü “Xəzər” markalı avtomobili yaşadığı evin həyətindən dən aparılıb:
“Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. “AZƏRMAŞ” ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən “AZƏRMAŞ” ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəm. Buna baxmayaraq avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım.”
Ətraflı vedoda: