BolgeXeber.Com » Gündəm » Azərbaycanda daha 159 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 159 nəfərdə koronavirus aşkarlanıb

2-02-2021, 17:42
Oxunub: 3 795 Azərbaycanda son sutkada koronavirusa 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 455 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib. Hazırda 3 507 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 713, bu günə qədər isə ümumilikdə 2 419 747 test icra olunub.