BolgeXeber.Com » Gündəm » Həbs olunan eks-nazirin icra başçısı işləmiş dayısı da həbs olunacaq?

Həbs olunan eks-nazirin icra başçısı işləmiş dayısı da həbs olunacaq?

4-02-2021, 14:50
Oxunub: 6 302 Məlum olduğu kimi bu gün Səbail Rayon Məhkəməsi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə qərar verib.
Eks-nazir barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
S.Müslümov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirləndirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilir ki, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bolgexeber.com-a daxil olan məlumata görə artıq həbs olunan eks-nazirin uzun müddət Ağsunun icra başçısı işləmiş dayısı Ənvər Seyidəliyev haqda da müvafiq orqanlar araşıdrmalara başlayıb . Vəzifədə olduğu müddətdə törətdiyi bir çox qanunsuzluqlara görə onun da  yaxın zamanlarda istintaq cəlb ounaraq həbs olunacağı bildirilir.