Bu günün ulduz falı
8-07-2013, 08:45
Oxunub: 3 007
QOÇ – Bürcünüzdəki planetar mənzərə neqativ olsa da, təpər tapıb qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr yaratmaq üçün əzmkarlığınızı artırmalısınız.
BUĞA - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.
ƏKİZLƏR - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.
XƏRÇƏNG - Nə qədər ki "hakimiyyətdə" öz bürcünüzdür, işlərinizə hopan gərginlik azalmağa doğru gedəcək. Saat 15-dən sonra isə şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlər baş verəcək.
ŞİR - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrindədir. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.
QIZ - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız. Bu gün kollektivdən ayrı qalmayın.
TƏRƏZİ - Saat 14-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz, günün ikinci yarısını gözləyin.
ƏQRƏB - Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün intim əlaqəyə girmək, ağır yük qaldırmaq sizin üçün yolverilməzdir.
OXATAN - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.
OĞLAQ - Hər mənada uğurlu təqvim hesab etmək olar. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Bu gün savablarınızı çoxaldın.
SUTÖKƏN - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var.
BALIQLAR - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes