Azərbaycan bazarlarında erməni əriyi satılır?
11-07-2013, 09:15
Oxunub: 4 872
Zaman-zaman Azərbaycan mətbuatında Ermənistanda istehsal olunan malların,yetişdirilən meyvələrin birbaşa və dolayısı yolla Azərbaycan bazarılarında satılması haqda məlumatlar yer alır.Bu yaxınlarda redaksiyamıza məktub göndərən oxucunun da yazdığı bu faktları təsdiqləyir.Sumqayıtın “Şərq bazarı”ndan bazarlıq edən oxucunun bildirdiyinə görə o çöldə olan bazardan ərik alan zaman maraqlı faktla qarşılaşıb.Bildiyiniz kimi meyvə-tərəvəz məhsulları çox zaman bazarlara taxta və plastik yeşiklərdə gəlir və məhsul yaxşı vəziyyətdə qalsın deyə onun altına adətən qəzet səhifələri qoyurlar.Aldığı əriklərin yerləşdiyi , üstündə yalnız çəki qeyd olunan plastik yeşiyin içindən erməni dilində olan qəzet çıxması onu çox təəcübləndirib. Satıcının bildirdiyinə görə hər il meyvə mövsümündə Azərbaycan bazarına çoxlu sayda Ermənistan məhsulu olan ərik meyvəsi çıxarılır. Sadəcə olaraq o bir qayda olaraq Gürcüstan azərbaycanlıları tərəfindən gətirilir. Satıcıların bildirdiyinə görə belə faktlar yetərincədir. Bu məhsulu Gürcüstandan Azərbaycana gətirib topdan qiymətə bizim bazarlara paylayan ticarətçilərdən birinin dediyinə görə bizdə 2-3 manata satılan ərik Ermənistanda dəfələrlə ucuzdur.Onu da qeyd edək ki,hər cür üsüllarla özlərini dünyada yaxşı tanıtmağa çalışan bədnam qonşularımız bu meyvəni özlərinin brend məhsulu sayır və onu sırf erməni meyvəsi olmasını və ən yaxşı əriyin məhz onlarda yetişməsini bütün dünyaya təbliğ edirlər.Bu məhsulların Gürcüstanda gürcülərdən, yoxsa ermənilərdən alınmasından aslı olmayaraq onlar böyük təhlükə mənbəyi ola bilər.Çünki ermənilərdən hər bir təxribat gözləmək olar.Bundan başqa düşmən ölkə olan Ermənistanın məhsullarının Azərbaycanda satılması istər-istəməz Ermənistanın İqtisadiyyatının inkişafına xidmət edir. Hər halda maddi maraq, milli maraqlara üstün gəlməməlidir.Yaddan çıxartmaq lazım deyil ki,belə məhsulları alıb gətirənlər də,onu satanlar da dolayısı ilə düşmən ölkəyə xeyir verərək,onlara dəstək olurlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər