BolgeXeber.Com » Gündəm » 1 milyonluq maşını vurulan müğənni: “Vurub öldürəsi deyiləm ki...”

1 milyonluq maşını vurulan müğənni: “Vurub öldürəsi deyiləm ki...”

13-07-2013, 12:30
Oxunub: 3 956 Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı “London Taxi” arxadan vurub
Müğənni Cavanşir Məmmədov 1 milyonluq avtomobilini vuran taksi sürücüsünü tapıb. İfaçı anspress-ə açıqlamasında, avtomobilinin ciddi zədə almadığını bildirib: “Avtomobilim vurulanda mən içində olmamışam. Dünən axşam Mehriban Xanlarovanın ad gününə gedəndə avtomobili gül dukanının qarşısında saxlayıb gül almaq üçün içəri girdim. Çıxanda maşınımın vurulduğunu gördüm. Polis çağırdım, hadisə araşdırılır”.

Müğənni 1 milyonluq maşınına xəsarət vuran sürücünü incitməyəcəyini deyir: "Mənə nə qədər ziyan vurulduğunu deyə bilmərəm. Təmir elətdirərsə lap yaxşı, eləməzsə vurub öldürəsi deyiləm. Qan davası deyil ki, düşmənçilik aparım."

Əlbətdə ki, bahalı maşının təmiri də bahalı olar. Cavanşir Məmmədov əzilən hissənin neçəyə düzələcəyini hələ bilmədiyini bildirib: "Yaxşı usta dostlarım var. Yalnız onlara etibar edə bilərəm. Dostlarım mənə qiymət oxumazlar yəqin ki. Bir-birimizi başa düşərik."

Xatırladaq ki, dünən axşam Azərbaycanda ilin ən “bahalı” qəzalarından biri baş verib. Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil qəzaya uğrayıb. Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı “London Taxi” arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.

“Rolls Royce Phantom 6,7 AT” markalı maşın müğənni Cavanşir Məmmədova məxsusdur. O, avtomobili 2011-ci ilin aprelində 960 000 avroya alıb. Həmin maşın alınan vaxt müğənninin kolleksiyasındakı 50-ci maşın idi.

“Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov da təsdiq edib. O, bildirib ki, hələlik qəzanın hansı maşının sürücüsü tərəfindən törədilməsi məlum deyil.
Bolgexeber.com