BolgeXeber.Com » Gündəm » İcra başçısının müavini adından vətəndaşdan 15 min manat tələb edirər

İcra başçısının müavini adından vətəndaşdan 15 min manat tələb edirər

14-07-2013, 14:30
Oxunub: 3 831 Şıx qəsəbəsində “reket”lər peyda olub

“Qardaş mən nə etmişəm? Özəl torpağımı hasarlamışam. Hər bir sənədim də var. Gecəyarısı gəlib hasarımı söküb gediblər”. Bu sözləri redaksiyamıza müraciət edən Səbayel rayon, Şıx qəsəbə sakini Soltan Mahmudov deyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl qəsəbənin Salyan şosesi 32 ünvanında yerləşən 12 sot torpaq alıb: “Torpağı almışdım, amma özəlləşdirməmişdim. Bir qədər əvvəl özəlləşdirmişəm. Torpağı hasarlayanda özlərini Səbayel Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər gəldilər. Birinin adı Sahib, digərinin adı Anar idi. Sahib dedi ki, torpağı hasarlayırsansa bizə 15 min manat pul verməlisən. Soruşdum ki, bu pulu niyə ödəməliyəm? Sahib mənə 050 300-71-73 nömrəsini verib dedi ki, icra başçısının müavini Yavər müəllimin qohumu Sahibin nömrəsidir, zəng elə desin. Sahibi yığdım, o Yavər müəllimin rayonda belə bir qayda qoyduğunu söylədi. Dedi verməsən, hasarını sökəcəyik. Dedim sənədlərim var, mən qanunsuz iş görmürəm. Xeyri olmadı, dediyi bu oldu ki, o pulu verməsən hasarını sökəcəyik”. S.Mahmudov deyir ki, həmin pulu verməyə imkanı yoxdur: “Prezidentin sərəncamı var ki, özəl torpaqları olanlar həmin yerləri hasarlaya bilərlər. Mənim kiməsə rüşvət verməyə pulum yoxdur. Olsa həmin pulu aparıb yetimlər evinə verərəm”.
Şıx sakini deyir ki, üstünə gələn şəxslərin videosunu da çəkib: “Qoruxub çəkinmədən dedilər ki, get kimə istəyirsən de, biz heç kimi tanımırıq. Mən həmin videonu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərəcəyəm. Sizin redaksiyaya da tədqim edəcəyəm”.
S.Mahmudov deyir ki, həmin şəxslərin “reket” olduqlarını düşünmək üçün əsaslı şübhələri var: “Birincisi hökümət adamları gəlib kiməsə haqq qoymazlar. İkincisi Şıx icra nümayəndəsi Fariz müəllim gəldi, sənədlərimə baxdı, dedi ki, hər şey qaydasındadır. Amma o da dedi ki, Yavər müəllim deyir ki, tikməyin. Əgər hansısa sənəd qaydasında olmasaydı, o bunu deyərdi. Ədəb-ərkanla ”Allah xeyirinizi versin" deyib getdi. Gecə gedib hasarımı söküblər. Mən min bir əziyyətlə qazandığım pulu verib hasar çəkdirmişəm. Bunlar isə gecə saat 3-də gəlib söküblər. Əgər hərəkətləri qanuni olsaydı, gecəyarısı gedib hasarımı sökməzdilər. Bunu iş vaxtı edərdilər. Bu quldurluqdur".
S.Mahmudov üzləşdiyi qanunsuzluqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.
Həmçinin redaksiyamıza özlərini Səbayel Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən Sahib, Anar və başqa bir şəxsin fotolarını da yollayıb.
P.S. Məsələ ilə bağlı Səbayel Rayon İcra Hakimiyyəti rəsmilərini dinləməyə hazırıq.musavat.com