“Məmurların özbaşınalığı sayəsində Bakı paylanıb”
13-04-2021, 13:00
Oxunub: 3 312
Milli Məclisin deputatı Fazil Mustafa paytaxtda qanunsuz tikililər və gecəqondu adlanan məskunlaşma yerləri ilə bağlı problemdən danışıb.
Parlamentdə çıxış edən deputat qeyd edib ki, adətən gecəqondularda regionlardan gəlmiş insanlar yaşayır: "Onlar sosial həyat şəraitlərinə görə gəlib burada yaşayırlar. Onlar burada inək-qoyun saxlayırlar.
Sulutəpədən başlamış fikir versək, görəcəyik ki, Bakı bir gecəqondu şəhərinə çevrilib. Vaxtilə məmurların özbaşınalığı sayəsində Bakı paylanıb. Qanunsuz yaşayan vətəndaş məsələsi də bir problemdir.
Ölkədə qurumlararası münasibətlər olduqca acınacaqlı vəziyyətdədir. Bələdiyyənin verdiyi sənədi icra hakimiyyətləri qəbul etmir. Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyil, onda onun fəaliyyətini dayandırmaq lazımdır. Yüzlərlə qanunsuz evlər miras qalıb. Ona görə də qanunsuz evlərin özəlləşməsi məsələsini həll edək. Həmin şəxslərin öz rayonlarına qayıtması üçün şərait yaratmalıyıq. Vaxtilə Ankara da gecəqondu şəhərini xatırladırdı. Amma Türkiyə hökuməti bu məsələni həll etdi”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər