17 iyulun astroloji proqnozu
17-07-2013, 09:55
Oxunub: 4 818
QOÇ – Səhhətinizi qoruya bilsəniz, gün boyu heç bir çətinliklə rastlaşmayacaqsınız. Ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırın. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.
BUĞA - Hansısa uğursuzluq haqqında düşünməyin. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli görüşlər, maliyyə uğurları da yolunuzu gözləyir.
ƏKİZLƏR – Hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayın. Çünki ətrafınızda sizi aldadanlar artıb. Ciddi məbləğdə gəliriniz gözlənilməsə də, gün boyu büdcəniz boş qalmayacaq.
XƏRÇƏNG - Sakit bir gün yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Səhv və günahlarınızı etiraf etməyi bacarın. Burada qəbahət yoxdur.
ŞİR - Saat 13-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın.
QIZ - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma belə bir təqvimdə hər şeydən əvvəl istirahətinizi təmin etməlisiniz, uzaq yol getməyin.
TƏRƏZİ - Gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldin. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin.
ƏQRƏB - Ümumən gərgin gün olsa da, özünüzü cilovlamalısınız. Hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Hirsli başda ağlın olmamasını da unutmayın.
OXATAN - Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.
OĞLAQ - Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi – himayədarınız olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər.
SUTÖKƏN - Yalnız saat 12-14 aralığı gərginlik görünür. Həmin vaxt maksimum ehtiyatlı olun. Qalan zamanda isə çox şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır.
BALIQLAR - İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Çətinlik çəksəniz, məsləhətləşmək də olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər