BolgeXeber.Com » Gündəm » Azərbaycanda karantinin yumşalacağı ilə bağlı AÇIQLAMA

Azərbaycanda karantinin yumşalacağı ilə bağlı AÇIQLAMA

23-04-2021, 12:00
Oxunub: 1 808 “Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik”.
Bu sözləri “ARB24”-də yayımlanan “İş vaxtı” verilişində qonaq olan Almaniyada çalışan həkim Ümüd Səlimzadə bildirib.
Onun sözlərinə görə, vaksinasiya prosesi nə qədər tez həyata keçirilərsə, karantinin yumşalmaları da bir o qədər tez ola bilər: “Əhali daha tez peyvəndlənməyə getməlidir. Biz nə qədər tez peyvəndlənə bilsək, İsrail və Böyük Britaniyanın misalında o qədər tez yumşalmalara gediləcək”.