BolgeXeber.Com » Gündəm » Əmlak Məsələləri Dövlət Xidməti məmurlara məxsus süni balıq göllərinə niyə göz yumur? -SƏBƏB

Əmlak Məsələləri Dövlət Xidməti məmurlara məxsus süni balıq göllərinə niyə göz yumur? -SƏBƏB

29-04-2021, 21:05
Oxunub: 2 808 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin faliyyətsizliyi Kür çayının qurumasına səbəb olub.

Belə ki, ərazilərdə qanunsuz yaradılan süni balıq göllərinin xeyrindən çox ziyanı var. Bu həm iqtisadi, həm də ekoloji cəhətdən mənfi fəsadlar törədir. Belə halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulur. Qanunsuz yaradılan süni balıq göllərinin fəaliyyəti isə nəzarətə götürülməlidir.

Hal-hazırda məmurlara məxsus Salyan rayonunda 2000, Neftçalada 2300,  Biləsuvarda 700, Hacıqabul isə 800 haktara yaxın balıq nohurları var.

İnfom.az əməkdaşı hələlik 4 rayon üzrə araşdırma zamanı müəyyən edib ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqları sahələrində qeyri-qanuni olaraq yaradılıb.

Sahibkarlar bilməlidirlər ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir. Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla, balıqçılıq təsərrüfatı məqsədilə on minlərlə hektarlıq ərazilərdə süni sututarlar (gölməçələr) yaradılıb.

Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalıb.

 Təəssüf ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti belə qanunsuzluqlara hələ də göz yumur.