BolgeXeber.Com » Gündəm » Fəzail Ağamalı Arif Hacılının sözllərini şərh edib

Fəzail Ağamalı Arif Hacılının sözllərini şərh edib

18-07-2013, 19:00
Oxunub: 4 028 Gün.Az xəbər verir ki, Ana Vətən Partiyasının (AVP) sədri, parlamentin deputatı Fəzail Ağamalı Müsavat rəsmisi Arif Hacılının bugünkü müsahibəsində səslənən fikirlərinin əsassız olduğunu bildirib:

“Bu, o qədər qeyri-ciddi iddiadır ki, ona münasibət bildirməyə də ehtiyac görmürəm.

Axı Milli Şura nə qurumdur, cəmiyyətdə hansı nüfuz və dəstəyə malikdir ki, hakimiyyət ora “öz adamlarını” yerləşdirməyə ehtiyac hiss etsin?

Onların iddialarına baxmayaraq, Milli Şura heç bir halda sosial sifariş nəticəsində yaradılmış bir qurum deyil.

Eyni zamanda, cəmiyyətdə hər hansı təsir imkanlarına da malik deyil ki, onun fəaliyyəti narahatlıq doğursun”.

Qeyd edək ki, Müsavatın icra aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat”a müsahibəsində deyib ki, Milli Şura kimi müxtəlif siyasi istiqamətlərdə fəaliyyət göstərən təşkilatları, insanları birləşdirən bir qurumda hakimiyyətin də nümayəndələri olmaya bilməz.

A.Hacılının bu fikirləri Milli Şuranın tərkibinin tam etimad doğurmamasına işarə ilə yanaşı, həm də hakimiyyətin ora “öz adamları”nı yerləşdirərək, qurumda problemlər yaratmaq iddiası kimi də qiymətləndirilə bilər.