Ulduz falı20 iyul
20-07-2013, 09:25
Oxunub: 3 055
QOÇ - Havaların qaynarlaşması sizin üçün o qədər də səmərəli deyil. Bu səbəbdən diqqətli və alicənab olmalısınız. Yeni təkliflər aldığınız təqdirdə imtina etməyə tələsməməlisiniz.
BUĞA - Səhhətinizdəki nasazlığa dözə bilsəniz, bu təqvimin ümumi çalarları ürəyinizcə olacaq. Hətta nahar ərəfəsində şəxsi büdcənizdə artım da gözlənilir. Gün şüasında çox durmayın.
ƏKİZLƏR - Zodiak işarələri arasında yeni işlərə başlamaq üçün bu gün daha çox sizin bəxtiniz gətirə bilər. Nəzərə alın ki, bu gündən etibarən uzun müddət qarşınızda sipər olan qapılar açılacaq.
XƏRÇƏNG - Bir tərəfdən səhhətinizdəki nasazlıq, digər tərəfdənsə işlərinizin ləng inkişafı sizdə çaşqınlıq yarada bilər. Özünüzü itirməyin. Sövdələşmələrdə risk etməyə dəyməz.
ŞİR - Əməkdaşlıq zəminində bəxtiniz gətirə bilər. Çünki ulduzların düzümü istənilən sövdələşmədən xeyir qazanacağınızı bəyan edir. Xüsusən də günün ikinci yarısı sürprizləriniz olacaq.
QIZ - İmkan daxilində oturaq işlərdən uzaqlaşmalı, səyyar fəaliyyətlə məşğul olmalısınız. Qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Vaxt tapıb təbiət qoynuna da çıxın.
TƏRƏZİ - Yalnız maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qalan məsələlərdə isə sevindirici məqamlarınız çox olacaq. Qohum-qonşularla, eləcə də həmkarlarınızla mehriban olun.
ƏQRƏB - Dəstəyə ehtiyacınızın olduğunu nəzərə alan ulduzlar bu gün sizə kömək göstərəcək. Öz növbənizdə siz də aktivlik göstərməlisiniz. Saat 14-dən sonra daha cəsarətli addımlar atın.
OXATAN - İxtiyarınızda olan bu təqvimdə ehtiyatlı olmalısınız. Bir məsəldə deyilmişkən, “soyuq su da dodağınızı yandıra bilər”. Bunun üçün ilk növbədə riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.
OĞLAQ - Müəyyən məziyyətlərinə görə gərgin gündür. Az qala hər tərəfdən sizə maneələr olacaq. Özünüzdə təpər tapıb hər havaya oynamayın. Saat 15-dən sonra vəziyyətiniz sabitləşəcək.
SUTÖKƏN - Çıxardığınız hər bir qərarı dəfələrlə götür-qoy edin. Yanlışlığa yol verməyin. İlk növbədə nüfuzunuzu qoruyun. Astroloji göstəricilər yeni ideyalara yiyələnəcəyinizdən xəbər verir.
BALIQLAR - Qaynar iyulun bu təqvimində hamıdan şanslı olacağınız gözlənilir. Varlanma ehtimalınız da var. Amma uzaq səfərlərə çıxmaq üçün əlverişli ərəfə deyil. Axşam qonaq getmək olar.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes