BolgeXeber.Com » Gündəm » İlham Əliyev: “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub"

İlham Əliyev: “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub"

12-05-2021, 16:30
Oxunub: 1 928 "Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik".

Bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib.

"Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək", - Prezident bildirib.