DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə MÜRACİƏT
21-05-2021, 11:45
Oxunub: 3 008
Azərbaycanda yaxın zamanlarda açıq havada maskadan istifadənin ləğv olunacağı gözlənilir.
Bununla bağlı ötən gün TƏBİB-in Departament müdiri Yaqut Qarayeva danışıb. O əlavə edib ki, bununla bağlı qaydalar hazırlanır və yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, açıq havada maska istifadəsinin ləğvi ilə bağlı rəsmi qərar olmasa da, bəzi vətəndaşlar bunu artıq qadağanın aradan götürülməsi kimi başa düşüb. Nəticədə bu gündən etibarən müxtəlif küçə və prospektlərdə vətəndaşların maskadan istifadə etməməsi halları müşahidə olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı olmalıdır:
"Müvafiq qərar çıxana qədər açıq havada maska ilə bağlı qadağa qüvvədədir. Buna görə heç bir vətəndaş maskadan imtina hallarına yol verməməlidir. Açıq havada və qapalı məkanlarda maskadan istifadə olunmalıdır ki, bu da vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır".
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər