Oxunub: 3 400Nazirlər Kabineti yanında operativ qərargahın növbəti brifinqi keçirilib. Brifinqdə ölkədəki karantin rejimi ilə bağlı yeni qərarlar müzakirə edilib. Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak ediblər.