BolgeXeber.Com » Gündəm » Açıq havada toylara bu şərtlə icazə verilə bilər - AÇIQLAMA - VİDEO
Açıq havada toylara bu şərtlə icazə verilə bilər - AÇIQLAMA - VİDEO
2-06-2021, 11:40
Oxunub: 3 688"Kütləvi tədbirlərin yavaş-yavaş işə düşməsinə, xüsusilə adət-ənənədən irəli gələn toy və yas məclislərinə müəyyən formatda və karantin qaydalarını gözləməklə icazə verilə bilər".
Bolgexeber.com xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, 75-100 nəfər civarında, açıq havada, karantin davranışlarını gözləmək şərtilə toy məclislərinin keçirilməsinə icazə verilməsi yaxşı olardı.