BolgeXeber.Com » Gündəm » Yoluxanlarla bağlı bu günə olan statistika

Yoluxanlarla bağlı bu günə olan statistika

4-06-2021, 16:45
Oxunub: 2 368 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 269 nəfər müalicə olunaraq sağalıb, 4 933 nəfər vəfat edib. 3 337 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9585, bu günə qədər isə ümumilikdə 3 551 620 test icra olunub.