Sabunçu İcra Hakimiyyətindən şəhid ailəsinin su probleminə laqeydlik
16-06-2021, 10:48
Oxunub: 3 824
2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Əlizaman İslamovun anası Hürnisə xanım Moderator.az-ın redaksiyasına şikayət edib.
Şəhid anası əməkdaşımızla söhbəti zamanı bildirib ki, o, bir aydın çoxdur ki, susuzluqdan əziyyət çəkir. Belə ki, şəhid anasının yaşadığı Sabunçu rayon Zabrat qəsəbəsi şəhid Murad Mirzəyev küçəsindəki evinə su xətti çəkilsə də, su verilmir. Şəhid anası deyir ki, qış aylarında su gəlir, yayda isə suyu kimlərsə kəsir və məcbur olub maşınla su alırlar:
“Mənim gözümün ağı-qarası bir oğlum var idi və onu da vətən uğrunda şəhid verdim. İndi özüm tək yaşayıram. Bir aydan çoxdur ki, susuzluqdan əziyyət çəkirəm. Bir qaşıq su tapa bilmirəm. Buna görə məcbur olub bir müddət gedib rayonda yaşadım. Axı belə özbaşınalıq olmaz. Problemimlə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə, Zabrat qəsəbəsinin İcra Nümayəndəliyinə şikayət etsəm də, bunu həll edən yoxdur. İcra nümayəndəsi hər dəfə bir bəhanə gətirir. Mən indi evimdə oturmuşam və bir qaşıq su tapmıram. Xahiş edirəm aidiyyatı qurumlar gəlib mənim su xəttimi bərpa etsinlər ki, suyum verilsin. Mənim nə imkanım var ki, maşınla su alım”.
Qeyd edək ki, şəhid Əlizaman İslamov ailənin tək övladı olub. O, aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Redaksiyadan: Ümid edirik ki, Sabunçu rayon İcra Hakimiyyəti şəhid anasının su problemini həll edəcək. Məsələ diqqətimizdədir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər