BolgeXeber.Com » Gündəm » Zaqatalada icra nümayəndəsi sakinlərdən rüşvət istəyir? - MÜRACİƏT(VİDEO)

Zaqatalada icra nümayəndəsi sakinlərdən rüşvət istəyir? - MÜRACİƏT(VİDEO)

25-06-2021, 18:08
Oxunub: 2 064 Zaqatala rayon Göyəm kənd sakinləri icra nümayəndəsi Cuma Qurbanovun qanunsuz əməllərinə etiraz ediblər.
GUNinfo.az bildirir ki, on beş nəfərə yaxın Göyəm kənd sakini icra nümayəndəsi C.Qurbanovun onlardan rüşvət tələb etməsi ilə bağlı prezidentən kömək istəyir.
Kənd sakinləri həmçinin Cuma Qurbanovu  pay torpaqlarını başqalarına satmaqda, lazımi arayışları pul müqabilində verməkdə, yararsız hesab edilərək hərbi xidmətdən yayınmaqda, qeyri qanuni hektarlarla torpağı zəbt etməkdə, Prezidentin sərəncamından irəli gələn, rayon və kənd camaatının içməli su probleminin həlli üçün dövlət tərəfindən qazılan Artezian quyusunun suyunu hər ailəyə görə, 100 manata satmaqda, fərdi tiklilərdən külli miqdarda pul tələb etməkdə və digər məmura xas olmayan əməllərdə ittiham edirlər.
Yerli sakinlərin Prezidentə, Baş Prokurora və DTX-nə müraciətində oda qeyd edilir ki, yerli məmur C.Qurbanov 60 ailənin hər birindən içməli suya görə 100 manat, ailə tərkibi və digər arayışlara üçün onlarla şəxsdən dəfələrlə 100 manat tələb edərək alıb. Bundan başqa C.Qurbanov müqavilə ilə götürülən ərazilərdə salınan fındıq bağlarının icarədarını hədələyərək sahəni əlindən alıb.

Həmçinin ərazi nümayəndəsi İkinci Vətən Müharibəsi iştirakçısından və qardaşlarından həyətyanı torpaq sahəsi verilməsi üçün hər birindən 5 – 6 min manat istəməsi də Zaqatala rayon Göyəm kənd sakinlərinin şikayətində yer alıb.
Hərbi xidmətdə olmayan bələdiyyə sədri və icra nümayəndəsinin özünəxidmət fəaliyyəti  ilə bağlı icra hakimiyyətinə və rayon prokuruna şikayət edən Göyəm kənd sakinləri. dövlət qrumlarının rəhbərləri tərəfndə hədələndiklərini də iddia edirlərə
Ətraflı videoda: