BolgeXeber.Com » Gündəm » “NEXT” mağazası İŞÇİ HAQQINI POZUR... - GİLEY

“NEXT” mağazası İŞÇİ HAQQINI POZUR... - GİLEY

29-06-2021, 09:41
Oxunub: 1 168 GUNinfo.az bildirir ki, Könül ismayılova adlı vətəndaş redaksiyaya müraciət edərək “NEXT” mağazası tərəfindən hüquqlarının pozulduğunu bildirib
Könül İsmayılova müraciətində bildirir ki, 13 iyunda “28 MAll”da yerləşən “Next” mağazasında işə düzəlib. Lakin ayın 14-ü onunla inzibatçı arasında kuryoz hadisə yaşanıb. K.İsmayılova bildirir ki, həmin gün inzibatçı onu yanına çağırarq saqqız çeynəməyini irad tutub. Satıcı İsmayılova da dərhal iradı aradan qaldırıb. Xatırladaq ki, hadisə yaşanan zaman Könül İsmayılova maskada olub.
İsmayılova müraciətində bildirir ki, maskanın altında olan saqqızı irad tutan inzibatçı daha sonra kobud tərzdə “mağazada maskanın altında gizlin saqqız çeynəyirsənsə, gör kənarda nələr edirsən” deyərək onu təhqir edib.
Könül İsmayılova saqqızı atdıqdan 1 dəqiqə sonra inzibatçı onu yanına çağırarq “hələlik evə get, səninlə əlaqə saxlayacağıq” deyərək onu işdən uzaqlaşdırıb.
Şikayətçinin dediyinə görə, onu işə qəbul edilən zaman sınaq müddətində də ödənişin olunacağı bildirilib. Lakin sonradan ona “get ofisə şikayət et, 3 günün pulunu vermirik” deyiblər. Könül xanım iddia edir ki, onunla eyni gündə işə başlayan kassir xanım da 3 günlük sınaq müddəti başa çatmadan işdən uzaqlaşdırılıb. “Bunlar işə adam götürüb sonra müxtəlif bəhanələrlə kənarlaşdırırlar. Yəni sınaq müddəti adı altında insanları pulsuz işlədərək onların hüquqlarını pozurlar” deyən İsmayılova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da rəsmi müraciət etdiyini bildirirb.
Məsələ ilə “Next” mağazalar şəbəkəsinin mövqeyini öyrənmək mümkün olmayıb.