BolgeXeber.Com » Gündəm » Ömürlük ürək qüsurundan əziyyət çəkən əlilə 1-ci qrup əlillik dərəcəsi təyin olunmur-ŞİKAYƏT
Ömürlük ürək qüsurundan əziyyət çəkən əlilə 1-ci qrup əlillik dərəcəsi təyin olunmur-ŞİKAYƏT
9-07-2021, 09:26
Oxunub: 15 904
Bolgexeber.com-un redaksiyasına müraciət edən Şamaxı rayonu, Dağ Bağırlı kənd sakini Abdurreyimov Cabar Faiq oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir.
Cabar Abdurreyimov anadangəlmə ürək qüsurundan əziyyət çəkir, II qrup əlilldir. O bildirir ki, ona 1-ci qrup əlillik dərəcəsi düşdüyü halda 2017-ci ildə ona ona 2-ci qrup təyin ediblər. O vaxtdan bu yana 8 dəfə 1-ci qrup əlillik dərəcəsi ilə bağlı müraciət etsə də hər dəfə nazirlikdən imtina gəlib:
“Mən demək olar ki, yeriyə bilmirəm, bir stəkanı belə götürə bilmirəm , xəstəliyimlə bağlı xarici ölkələrə kimi getmişəm, Azərbaycanda bir çox xəstəxanalarda müayinə olunmuşam. Mənim xəstəliyimin nə müalicəsi var, nə də məni əməliyyat etmək olar. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1-ci qrup almaq üçün müraciət etmişəm, amma söz versələr də ki, mənə 1-ci qrup əlillik dərəcəsi təyin olunacaq, məni aldadırlar , imtina cavabı gəlir. Hal-hazırda yataq xəstəsiyəm,həkimlər deyiblər ki,sənə hərəkət etmək olmaz. 2021-ci il, iyun ayının 11-də 1-ci qrup təyin olunması üçün nazirliyə elektron müraciətim sistemə daxil edilib. Ayın 14-ü getdik nazirliyə. ƏSMM-dən bizi göndərdilər xəstəxanaya . Xəstəkanadan da sənədi gətirib təqdim etdik nazirliyə. Məni orada yoxladılar və dedilər ki, get ,3 gündən sonra sənə 1-ci qrup təyin olunacaq.
Amma bizi aldatdılar və mənə düşən əlilik dərəcəsini təyin etmədilər ”.
Cabar Abdurreyimov mətbuat vasitəsilə aidiyyatı qurumlardan xahiş edir ki, onun əlilik dərəcəsinin düzgün təyin olunmasında ona köməklik göstərilsin.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər