BolgeXeber.Com » Gündəm » Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

19-07-2021, 18:15
Oxunub: 3 336 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 242 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, bu günə qədər isə ümumilikdə 3 920 841 test icra olunub.

Son gündə koronavirus əleyhinə 483 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 839 təşkil edir.