BolgeXeber.Com » Gündəm » Qubadakı “Macara Lake Park”da quzu səbət hoqqası – Təfərrüat

Qubadakı “Macara Lake Park”da quzu səbət hoqqası – Təfərrüat

24-07-2021, 19:39
Oxunub: 1 208 “19.07.21 tarixində kollektiv olaraq Qubaya getmişdik. Bakıdan Macara Lake Park -la əlaqə saxladıq ki, 18 nəfər sizə axşam yeməyinə gələcəyik”. Bunu müştəri Kamran Qaraca bildirib. Onun sözlərinə görə, tövsiyyə etdilər ki, menyuya baxaq və seçimlərimizi əvvəlcədən dəqiqləşdirək:

 “Biz də menyuya baxdıq və 18 nəfər üçün 5 dənə quzu səbəti sifariş verdik. Menyuda (şəklini əlavə edəcəm) quzu səbəti 65 manat olaraq yazılıb. Və dedik ki, lazIm olsa əlavə yenə sifarişimiz olacaq. Sifariş gələndə hiss etdim ki, nəsə yemək azdır və administratoru çagırdım. Administrator mənə cavab olaraq bildirdi ki, 65 manat yarım quzu səbətidir ). Dedik ki, bəs niyə “yarım” və  ya “0.5” kimi qeyd etmirsiz? Dedi ki, Qubada quzu səbəti deyəndə yarım quzu səbəti nəzərdə tutulur.

Ona bir sual verildi ki, əgər mən Qubada səbət yemək istəsəm onda 2 səbət deməliyəm ki, 1 səbət yeyə bilim? Bu suala cavab verə bilmədi və məsələ üzü davaya dogru getdiyi üçün hesabı ödədik və ordan uzaqlaşdıq (çekin şəklini də əlavə edirəm və orda da quzu səbəti olaraq qeyd olunub). Belə bir əlavə də edim ki, başqa bir restoranın menyusuna baxdım və orda “quzu səbəti 0.5” və “quzu səbəti 1” olaraq qeyd olunmuşdu.
Mən ora getməyi heç kimə məsləhət görmürəm. Muştəri məmnuniyyəti sıfir altındadir. Adamlarda elə bir hava var ki, “bizdə belədir, nə istəyirsiz, necə istəyirsiz, elə də edin”. Quba kimi turistik bir yerdə belə bir münasibət və ən əsası gözümüzün içinə baxa-baxa aldatdıqlarını zənn etmələri çox üzücüdür. Mən bir daha ora getmərəm və heç kimə də məsləhət görmürəm.

P.S: Bakınin ən yaxşı yerlərində quzu səbəti 60 manatdir (12 tike qabırga və 3 tikə də “yabloçka”). Biz videoya çəkmişik və bizə hər səbətdə 6-7 tikə qabırga verilib”. (TİA.Az)