BolgeXeber.Com » Gündəm » Azərbaycanda daha 2674 koronavirusa yoluxub - 14 nəfər ölüb

Azərbaycanda daha 2674 koronavirusa yoluxub - 14 nəfər ölüb

12-08-2021, 15:22
Oxunub: 3 680

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.