BolgeXeber.Com » Gündəm » Kür çayının Kürdəmir ərazində qanunsuz balıq ovuna, ağac kəsiminə niyə göz yumulur?-FOTO,VİDEO

Kür çayının Kürdəmir ərazində qanunsuz balıq ovuna, ağac kəsiminə niyə göz yumulur?-FOTO,VİDEO

10-09-2021, 18:47
Oxunub: 6 248 Bolge.tv -nin əməkdaşları təbiətin mühafizəsi ilə bağlı reportaj hazırlayarkən Kür çayının Kürdəmir rayonundan keçən ərazisində, Çərtiyəz kəndində olublar. 
Araşdırma aparan əməkdaşlarımız müşahidələr zamanı  ərazidə çoxaylı qovaq ağaclarının kəsilməsinin ,tor ilə,  quraşdırılmış vintillər vasitəsilə  qanunsuz balıq ovunun, qazıntının şahidi olublar. Məsələ bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məlumatlandırlsa da heç bir tədbir görülməyib. Ümumiyyətlə bu tipli məlumatlar dəfələrlə Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzərinə çatdırılsa da qurum qanun pozuntuları ilə bağlı addım atmayıb.
 
Görünür Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin regionlarda ekologiyanın qorunması ilə bağlı tapşırılarını bəzi Regional Ekologiya və Təbii Sərvətlər İdarələri yerinə yetirmir. Lakin ümid edirik ,təqdim etdiyimiz kadrlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələ ilə bağlı ciddi tədbir görüləcək.