9 avqustun astroloji proqnozu
9-08-2013, 09:30
Oxunub: 3 975
QOÇ - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.
BUĞA - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.
ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Qarşıdakı həftədə atacağınız mühüm addımları reallaşdırmaq üçün bu gündən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində daha səmimi olun.
XƏRÇƏNG - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.
ŞİR - Saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyin. Təmkinli olmağa çalışın.
QIZ - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla, gələcək uğurlarınıza təkan verəcəksiniz.
TƏRƏZİ - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizə diqqət ayırmalısınız.
ƏQRƏB - Yalnız şəxsi büdcənizi artırmaq istiqamətində müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Axşamüstü sövdələşmələrə getsəniz, aldanacaqsınız.
OXATAN - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlərin qabarma və bəzi cəhdlərinizin boşaçıxma ehtimalı var.
OĞLAQ - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.
SUTÖKƏN - Ulduzlar ümumi gərginlikdən xəbər versə də, vəziyyətdən çıxacaqsınız. Bunun üçün ünsiyyətdə olduğunuz insanlarla mübahisələrə, o cümlədən işlə bağlı uğursuzluqlara əhəmiyyət verməməlisiniz.
BALIQLAR - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin sərin keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Əsas enerjinizi istirahətə və sevgiyə yönəldin.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman