BolgeXeber.Com » Gündəm » Saytlara haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq

Saytlara haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq

9-08-2013, 11:20
Oxunub: 3 602 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saytlara haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Press24.az-ın Mərkəzdən əldə etdiyi məlumata görə, xəbərdarlıqda bildirilir ki, dünyada milyonlarla saytın qorunması üçün istifadə olunan HTTPS kriptoqrafik sxemi yeni növ hücum təhlükəsi qarşısında qalıb. Bunun nəticəsində hakerlərə şifrələnmiş səhifələrdən istifadəçilərə məxsus elektron poçt ünvanları və bank ödəmə rekvizitlərini əldə edə bilərlər. Bu kimi bir sıra hücumun reallaşmasına cəmi 30 saniyə kifayətdir.

Hər hansı istənilən alqoritm və şifrə istifadə olunmasına baxmayaraq, yaranmış hücum TLS və SSL-in bütün versiyalarında aktivdir. Yeni növ hücum tələb edir ki, hücum edənin istifadəçi və veb sayt arasındakı trafikinə passiv müdaxilə olsun. Bundan başqa hücum edən istifadəçiyə zərərverici linkə daxil olmağı məcbur edir. Bunu iframe vasitəsilə də etmək mümkündür.
Bolgexeber.com