BolgeXeber.Com » Gündəm » “Proqress 2016" MTK rəhbəri tərəfindən pulları mənimsənilən yüzlərlə vətəndaşdan ETİRAZ - ŞOK "Whatsapp" YAZIŞMASI
“Proqress 2016" MTK rəhbəri tərəfindən pulları mənimsənilən yüzlərlə vətəndaşdan ETİRAZ - ŞOK "Whatsapp" YAZIŞMASI
8-10-2021, 10:33
Oxunub: 4 312
Son zamanlar vətəndaşların mətbuata göndərdiyi şikayətlər arasında tikinti şirkətlərinin özbaşınalığı əsas problemlərdən birinə çevrilib, desək yanılmarıq.
Vətəndaşlar tikinti şirkətlərinin cəlb edici reklamlarına inanıb əlində olan bütün pullarını verir ki, ev-eşik sahibi olsun, dələduz və fırıldaqçı MTK rəhbərləri isə insanları aldadaraq pullarını mənimsəyirlər.
Mediada bununla bağlı araşdırma aparsaq, görərik ki, vətəndaşların ən çox şikayətçi olduğu tikinti şirkətlərindən biri də "Proqress-2016" MTK şirkətidir. Zamanla "Proqress-2017" MTK şirkəti və onun hazırkı rəhbəri Emil Səməndərov haqda mediada fırıldaqçı, vətəndaşları aldadan və 15 ildən çoxdur ki, Xırdalan şəhərəi M.Ə.Rəsulzadə 1A, ünvanda 5 bloklu, 365 mənzilli çox mərtəbəli yaşayış binası hələ də tikilib qurtarmır ki, qurtarmır.
Dəfələrlə AMİA.AZ saytı olaraq, "Proqress-2016" MTK şirkəti və onun rəhbəri Emil Səməndərovla bağlı vətəndaşların haqlı narazılığını işıqlandırsaqda, heç bir müsbət nəticə olmur. Əksinə, "Proqress-2016" MTK şirkətindən mənzil alan vətəndaşlar illərdir nə mənzillərinə yığışa bilir, nədəki MTK-nın rəhbəri Emil Səməndərovdan pullarını ala bilmirlər.
“Proqress 2016”-dan narazılıq edən vətəndaşlar qeyd edirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti Emil Səməndərovun qanunsuz əməllərindən məlumatlıdırlar.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə Emil Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır.
Bundan başqa, onu da qeyd edək ki, AMİA.AZ saytının redaksiyasına şikayətçilər tərəfindən yaradılan "Proqress-2017" vapçat qrupundakı yazışmalarının skrin edilmiş şəkillər göndəriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər