BolgeXeber.Com » Gündəm » Respublika Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi

Respublika Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi

11-10-2021, 17:30
Oxunub: 3 928 Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.