BolgeXeber.Com » Gündəm » Azərbaycanda yeni nazirlik yaradılır - Bu qurumlar birləşdirilir

Azərbaycanda yeni nazirlik yaradılır - Bu qurumlar birləşdirilir

15-10-2021, 15:13
Oxunub: 1 864
Azərbaycanda səhiyyə sistemi yenidən vahid qurum altında fəaliyyət göstərə bilər.
Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. Bildirilir ki, hazırda Azərbaycanda səhiyyə sistemi Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB arasında bölüşdürülməklə fəaliyyət göstərir. 
Bu qurumlarda işlər düzgün bölüşdürülmədiyindən səhiyyə sistemi ilə bağlı ciddi narazılıqlar var. Xüsusən bu sahədə çalışan elm adamları sistemin vahid qurum altında fəaliyyət göstərməsinin tərəfdarıdırlar.