BolgeXeber.Com » Gündəm » Azərbaycan manatının dizaynı dəyişir? FOTO

Azərbaycan manatının dizaynı dəyişir? FOTO

15-08-2013, 11:00
Oxunub: 3 768 Sosial şəbəkələrdə manatın yeni dizaynının fotoları yayılıb
Bolgexeber.com bildirir ki, qeyri rəsmi məlumatlara görə 2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə olacaq. Banker.az saytının verdiyi məlumata görə, 1, 5, 10, 20 və 50 manatların üzərində dahi şəxsiyyətlərin, 100 manatlıq əskinazın üzərində isə Heydər Əliyevin şəkli əks olunacaq.

Xəbəri dəqiqləşdirmək üçün Mərkəzi Bankla əlaqə saxladıq. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, bütün bu xəbərlər yalandır.

“Bütünlüklə cəfəngiyyatdır. Yalandır. Heç bir manat dəyişikliyi olmayıb və olmayacaq. Azərbaycanın Milli Manatı olduğu kimi qalacaq”, - deyə Mərkəzi Bankdan bildirilib.