BolgeXeber.Com » Bölgə » "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib

"Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib

18-04-2024, 15:16
Oxunub: 1 328
Bolgə.TV xəbər verir ki, bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ili elan olunması münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilmişdir.

 
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ədalət Əhmədov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə Dövlət Rəsm Qalereyası, Bərdə Mədəniyyət Sarayı, Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli və şəhər A.Mustafayev adına 5 nömrəli məktəbin şagirdləri iştirak etmişdir. Mərkəzin direktoru Arifət Əhmədova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlamışdır. Sonra Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru Arifət Əhmədova bildirdi ki, 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev hazırladığı slayd-şou ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətinin qorunması sahəsində aparmış olduğu uğurlu siyasət, ölkənin zəngin təbiəti və onun dövlət mühafizəsi haqqında ətraflı məlumat vermişdir.
Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ədalət Əhmədov öz çıxışında bildirdi ki, bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək və dünya üzrə iqlim məsələlərinin, ekoloji problemlərin müzakirə olunacağı baş məkan doğma Bakımız olacaq. Bu, ölkəmiz üçün qürurverici hadisədir və Azərbaycanın dünyadakı nüfuzunun məntiqi nəticəsidir.
Sonra Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya qeyd etdi ki,müasir dövlət kimi inkişaf edən Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasında yeni yanaşmalar tətbiq edir,Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, bu ərazilərdə “yaşıl enerji”, “yaşıl kənd” təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi həyata keçirilir.
Şəhər 5 nömrəli məktəbin müəllimi Elnurə Həsənova bildirdi ki, gənc nəslin əsas öhdəliyi Azərbaycan təbiətini qorumaq və ekoloji təmizliyə riayət etməkdir. Tədbirin yekununda bədii hissəyə yer verilmiş, "Sən elə bir zirvəsən"adlı qısametrajlı film nümayiş etdirilmişdir.