Azərbaycanı ayağa qaldıran seksual manyakla bağlı YENİ XƏBƏR
2-11-2021, 12:00
Oxunub: 3 496
İmişli rayonunda himayəsində olan azyaşlı qızı zorlayaraq onu hamilə qoyan şəxs həbs edilib.
Ölkədə böyük əks-səda doğuran hadisəni törədən Qurban Qurbanov barəsində Cinayət Məcəlləsinin 2 maddəsi ilə iş açılıb. O, İmişli rayon məhkəməsinin qərarı ilə həbs edilib və barəsində istintaq dövrü üçün 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, qeyd edilən maddələr üzrə təqsirləndirilən şəxsi 15 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, atalığı tərəfindən cinsi zorakılığa məruz qalmış 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlik ikən dünyaya gəlib. Hazırda onların səhhətinin normal olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər