BolgeXeber.Com » Gündəm » Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb – SİYAHI
Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb – SİYAHI
17-11-2021, 11:44
Oxunub: 352
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.
Bu barədə Bolgexeber.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Şəhid olan hərbçilərin siyahısı:
- leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
- əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət etsin!
"Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən bildirilib.
Çox Oxunanlar
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 27-04-2022, 19:14 : Yardımlıda ŞOK HADİSƏ: Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi
Xəbərlər
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 27-04-2022, 19:02 : Bakı şəhərinə yeni prokuror təyin edilib
Xəbərlər
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə