""Yeni Bakı" sakinlərdən su pulu yığır, amma borcunu ödəmir" - AÇIQLAMA
18-11-2021, 18:06
Oxunub: 4 320
“Yeni Bakı” yaşayış kompleksinin sakinləri onlardan su pulu yığıldığını, yığılan vəsaitin şirkətin “Azərsu”ya olan borcunun bağlanmasına sərf edilmədiyini iddia edirlər.
Yaşayış kompleksinin sakinləri öz problemlərini Yeniavaz.com-a danışıblar.
Onlar iddia edirlər ki, “Yeni Bakı”nın “Azərsu”ya 254 min manat borcu var. Şirkət sakinlərdən su pulu yığır, lakin yığılan məbləği “Azərsu”ya ödəmir. Sakinlərin sözlərinə görə “Yeni Bakı” və “Azərsu” qarşılıqlı şəkildə bir-birlərini məhkəməyə veriblər. Şirkət yaşayış kompleksindəki su sistemini təhvil alması üçün “Azərsu”nu məhkəməyə verib. “Azərsu” da su sisteminin lazım olan standartlarda quraşdırılmadığını əsas gətirərək onu təhvil almır. Və beləcə hər iki tərəf məsələnin aydınlaşması üçün məhkəməyə müraciət edib.
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Yeniavaz.com-a açıqlamasında məsələ ilə bağlı sakinlərə xəbərdarlıq edildiyini deyib:
"Sakinlərə bildirilib ki, su pulu verməsinlər, çünki şirkət yığılan məbləği “Azərsu”ya ödəmir. “”Yeni Bakı” Yaşayış Kompleksində su anbarı tikilməyib və bütün mənzillər sayğacla təmin edilməyib. Bundan başqa, orada çoxlu neqativ amillər var və vətəndaşlarla şirkət arasında mübahisələr var. Vətəndaşlara birmənalı demək istəyirəm ki, su pulu ödəməsinlər. Çünki o kompleksdə yığılan pullar “Azərsu”ya ödənilmir və borclar günü-gündən daha da artır”.
Məsələ ilə “Yeni Bakı” yaşayış kompleksinin nümayəndələri ilə əlaqə saxladıq. Şirkətdən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsələr də, daha sonra telefonlarımıza cavab verilmədi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər