BolgeXeber.Com » Gündəm » Saxta kriptovalyutaya görə tutulmuş qadın bir günlük azadlıqdan sonra həbs edildi
Saxta kriptovalyutaya görə tutulmuş qadın bir günlük azadlıqdan sonra həbs edildi
23-11-2021, 14:49
Oxunub: 5 256
Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradaraq dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da onların külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı. Məlumatdan bir gün sonra bəzi sosial şəbəkə istifadəçiləri iddia etdilər ki, cinayətkar dəstənin başçılarından biri olan Gülara Abdullayeva saxlanılsa da sonradan sərbəst buraxılıb.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq belə iddiaların reallığı əks etdirmədiyini deyib:
“Mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlandı və Bakı şəhər sakinləri Gülara Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb edildilər. Məhkəmənin qərarı ilə X.Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. G.Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin, sonradan G.Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi. Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər