BolgeXeber.Com » Gündəm » Kamil Əhmədov Şirvan xəstəxanasına direktor təyin olunması üçün “xeyir-dua” alıb?
Kamil Əhmədov Şirvan xəstəxanasına direktor təyin olunması üçün “xeyir-dua” alıb?
24-11-2021, 09:37
Oxunub: 11 920
Bildiyimiz kimi son illər ölkədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar çərçivəsində müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi prosesi davam edir.
Regionlarda rayon/şəhər mərkəzi xəstəxanaları ilə müalicə-diaqnostika mərkəzlərinin birləşdirilməsi tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlıq səviyyəsini artırmaq və xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) qərarı ilə eyni minvalla Şirvan şəhər Mərkəzi Xəstəxanası rayondakı bir neçə səhiyyə müəssisəsi ilə birlikdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə çevrilib.
Qeyd edək ki, bu ilin noyabrında “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayevə qarşı cinayət işi açılıb və o vəzifəsindən azad edilib.
O vaxtdan indiyəcən bu vəzifə boşdur. Lakin Bolgexeber.com-a verilən məlumata görə bu vəzifəyə neçə müddətdir Kamil Əhmədov göz dikib.
Kamil Əhmədov əvvəllər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ,sonradan Müalicə Diaqnostika Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
K.Əhmədov hətta rayonda məclislərin birində artıq onun TƏBİB tərəfindən direktor təyin olunmasının “xeyir -duasının” aldığını bildirib.
Lakin Şirvan sakinlərindən bir neçəsinin bildirdiyinə görə ixtisasca anestizioloq-reanimatoloq olan Kamil Əhmədov təyinat almaqdan ötrü səhiyyə işçiləri üçün tələb olunan sertifikasiya imtahanından belə keçməyib.
Bundan başqa Şirvan sakinləri onun bu vəzifəyə təyin olunmasına narazıçılıq edərək deyirlər ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasına cavan kadrlara üstünlük vermək lazımdır, Kamil Əhmədovun isə 60-yaxın yaşı var və 15 il ərzində səhiyyə sistemində özünü yaxşı göstərməyib.
Sakinlər həmçinin bildirirlər ki, rayonda kifayət qədər yerli cavan kadrlar var ki, onların potesialından istifadə edərək yerli səhiyyənin səviyyəsini qaldırmaq olar.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər