DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
26-11-2021, 13:36
Oxunub: 3 616
Hava şəraitinin kəskin dəyişməsi, xüsusən də səhər və axşam saatlarındakı qatı duman qəzalara səbəb ola bilər. Bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndirilmiş rejimdə xidmət aparır:
"Sürücülərdən xahiş olunur ki, avtomobil şinlərini qış rejiminin tələblərinə uyğun hazırlasınlar, dumanlı havada müvafiq işıqlardan istifadə edərək şəhər daxilində müəyyən olunmuş hərəkət sürətini aşmasınlar. Piyadalara təhlükəsiz mənzil başına çatmaq üçün yalnız yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət etmələri, qarşıdan-qarşıya yalnız piyada keçidləri keçmələri tövsiyə olunur. Dağlıq rayonalara gedəcək sakinlərə isə qarlı hava şəraiti ilə bağlı maksimum diqqətli olmaları məsləhət olunur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər