BolgeXeber.Com » Gündəm » Əmək pensiyalarının minimum məbləği artırıldı

Əmək pensiyalarının minimum məbləği artırıldı

29-12-2021, 16:34
Oxunub: 2 304 "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

Bolgexeber.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.