Azərbaycanda 1 həftə internet olmayacaq? - RƏSMİ CAVAB
14-02-2022, 11:25
Oxunub: 4 024
Azərbaycanda internet xidmətlərinin fəaliyyəti tez-tez tənqid olunur. İstifadəçilər ölkə ərazisində internetin zəif olduğunu, ciddi problemlərin yaşandığını qeyd edirlər. Son günlər isə sosial şəbəkələrdə yayılan məlumatlarda ölkədə internet paylanmasına bir həftəlik məhdudiyyət tətbiq ediləcəyi iddia olunur.
Əməkdaşımız yayılan məlumatlarla bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər şayiədən başqa bir şeydir:
“Azərbaycanda internetin verilməsinə hər hansı məhdudiyyətlər tətbiq edilməyəcək. Bununla bağlı hazırda heç bir müzakirə və səbəb yoxdur. Ölkənin internet şəbəkəsi ilə əlaqədar aktual yenilik sadəcə Bakı Telefon Rabitəsi MMC (Baktelecom) və “Aztelekom” MMC-nin birləşdirilməsi prosesidir. Operatorların birləşdirilməsi davam edir, bu, başa çatdıqda ictimaiyyətə məlumat veriləcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər