Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqladı
24-02-2022, 18:38
Oxunub: 3 544
Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır. Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində "Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rudnya (Belarus)-Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.
"Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, - vurğulanıb.
Qeyd edilib ki, Putivl bölgəsində Rusiya tanklarının hücumu dayandırılıb, Vışqorod səmasında qarşı tərəfin KA-52 helikopteri vurulub.
Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı uğrunda döyüşlər gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər