BolgeXeber.Com » Gündəm » MN Rusiya tərəfinə çağırış edib: “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir
MN Rusiya tərəfinə çağırış edib: “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir
7-03-2022, 17:45
Oxunub: 2 352
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur.
Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır", - məlumatda vurğulanıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər