BolgeXeber.Com » Gündəm » Ramil Usubov bütün rəisləri nazirliyə topladı

Ramil Usubov bütün rəisləri nazirliyə topladı

1-06-2011, 13:05
Oxunub: 5 730 Bu gün Daxili İşlər Nazirliyində kollegiyadır.

Nazirlikdən Bolgexeber.com-a daxil olan məlumata görə, elə indilərdə başlayan kollegiyada bu ilin beş ayı ərzində görülən işlər, cinayətkarlığa qarşı mübarizə, həyata keçirilən əməliyyat tədbirləri və digər məsələlər müzakirə olunur.
Kollegiyada nazir, general-polkovnik Ramil Usubovun çıxış edərək ölkədəki kriminogen durum haqqında məlumat verəcəyi gözlənilir. Bundan başqa, bəzi sahələrə məsul şəxslərin də hesabat çıxışı edəcəyi nəzərdə tutulub.