Ekologiya idarəsi məcburi göstəriş verdi ,ərazi zibillikdən təmizləndi
7-04-2022, 13:21
Oxunub: 4 704
Bir müddət əvvəl Bölgə.TV “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində Yexlaxda böyük miqdarda məişət tullantılarının qalaqlanması haqda reportaj hazırlamışdır. Biz problemi işıqlandırandan sonra məsələyə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən reaksiya verilib, problemlə bağlı tədbir görülüb.
Bölgə.TV-yə ETSN-dən daxil olan məlumatda bildirilir ki, adıçəkilən ərazi zibillikdən təmizlənib :"8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Yevlax şəhəri Heydər Əliyev prospektində yerləşən “Piramida” restoranının ərazisində böyük miqdarda məişət tullantılarının qalaqlanması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra İdarə tərəfindən araşdırma aparılmış və restoranının binasının arxa tərəfində məişət tullantılarının qalaqlanması öz təsdiqini tapmışdır. Məsələ ilə əlaqədar qüvvədə olan qanunvericilik rəhbər tutularaq müvafiq akt tərtib olunaraq “Piramida” restoranının inzibatçısı Məhəmməd Məhəmmədoğluna ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı məcburi göstəriş verilmişdir. M.Məhəmmədoğlu məcburi göstərişin tələblərinə uyğun olaraq ərazinin məişət tullantılarından təmizlənməsini təmin etmişdir.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər