BolgeXeber.Com » Gündəm » Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

21-04-2022, 16:51
Oxunub: 2 544 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 472, bu günə qədər isə ümumilikdə 6 785 398 851 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 5 854 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 614 545, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 732, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 202 881, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 703 nəfər təşkil edir.